Ermənistanda müharibə zamanı itkin düşən hərbi qulluqçularla bağlı məlumat verəcəyini vəd edən manyak qadınlardan çılpaq fotolar tələb edib.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb. Bildirilib ki, internet manyakı artıq saxlanılıb və istintaq aparılır.

Belə ki, sosial şəbəkələrdə saxta hesablar açan internet manyakı müharibədə itkin düşən erməni hərbi qulluqçuları barədə məlumat verəcəyini vəd edərək qadınlardan lüt şəkillər tələb edib. Daha çox itkinlərin ailə üzvlərinə və qohumlarına yazan şəxsin tələsinə 16 yaşlı bir qız da düşüb. Manyak lüt şəkilləri əldə etdikdən sonra qadınları şantaj edib.

Adı açıqlanmayan şəxsi 10-12 il həbs cəzası gözlədiyi bildirilib.