Bu gün səhər saatlarından Bakının Ziya Bünyadov prospektinin "20 Yanvar" dairəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

Unikal.org xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Məlumatda deyilir ki, sıxlıq səbəbindən Qara Qarayev prospekti- "20 Yanvar" dairəsi və əks istiqamətdə hərəkət edən müntəzəm və ekspres xətlər üzrə avtobusların hərəkət intervalında gecikmələr yaranır.