Gürcüstanda son sutkada daha 740 nəfərin koronavirusla bağlı testi pozitiv nəticələnib.

Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib. Beləliklə, qonşu ölkədə hazırkı dövrədək COVID-19-a yoluxanların sayı 266 462 nəfərə çatıb.

Son 24 saat ərzində daha 496 nəfər müalicə olunaraq sağalıb, 14 pasiyent isə vəfat edib. Sağalanların sayı 259 228-ə, dünyasını dəyişənlərin sayı isə 3 377-yə yüksəlib.