Fevralın 28-də Azərbaycanda ov mövsümü bitir.

Unikal.org xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə “Ekspert saatı”nda çıxışı zamanı deyib.

O qeyd edib ki, pandemiya və Vətən müharibəsi səbəbindən ov mövsümü bir neçə dəfə dayandırılmışdı: “Ov mövsümü ilə bağlı yekun rəqəmlər iki həftədən sonra - mövsüm bağlananda açıqlanacaq”.