“Brent” markalı neftin aprel fyuçersləri Londonun ICE birjasında 1,2 faiz bahalaşaraq bir barelinin qiyməti 65,12 dollar təşkil edib.
Unikal.org xəbər verir ki, bu göstərici gecə 05:01-də aparılan ticarət əməliyyatları zamanı qeydə alınıb.
“Brent” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin yanvarından bu yana ilk dəfə 65 dolları keçib.
Saat 05:10-da isə “Brent” bir qədər də bahalaşıb (1,7 faiz) və bir barelinin qiyməti 65,46 dollar olub.
WTI markalı neft də 1,7 faiz bahalaşıb və bir barelinin qiyməti 62,21 dollara bərabər olub.