Türkiyənin paytaxtı Ankara şəhərində Azərbaycan-Türkiyə biznes forumu keçirilir.
Unikal.org xəbər verir ki, bu barədə Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov Feysbuk hesabında yazıb.
Nazir qeyd edib ki, forumda tərəflər arasında qarşılıqlı sərmayə qoyuluşlarının artırılmasını, kiçik və orta biznesin inkişafı sahəsində əlaqələrin genişləndirilməsini müzakirə olunur.