Vətən müharibəsində Zəfərdən sonra ölkəmiz üçün yeni dövr başlayır.
Unikal.org xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Ankarada Türkiyə-Azərbaycan İş Forumunda deyib.
Baş nazir bildirib ki, işğaldan azad edilmiş ərazilərin bərpası və inkişafı ilə bağlı strategiya hazırlanıb:
“Cənab Prezidentin dediyi kimi, hədəfimiz Qarabağı dünyanın ən gözəl bölgələrindən birinə çevirməkdir. Artıq bərpa işlərə başlanılıb və ilkin tərəfdaşlarımız yenə türk qardaşlarımızdır. Türk şirkətləri artıq infrastruktur layihələrini icra etməyə başlayıblar”