“Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda yaxın gələcəkdə Ticarət Nümayəndəliyi yaradılacaq”.
Unikal.org xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında məlumat paylaşıb.
Nazir qeyd edib ki, bu, Azərbaycanın Türkiyə ilə iqtisadi-ticarət əlaqələrinin daha da genişlənməsinə töhfə verəcək.