Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təşkil olunmuş növbəti hərracda iki dövlət əmlakı özəlləşdirilib.
Nazirlikdən Unikal.org-a verilən məlumata görə, kiçik dövlət müəssisələri Şirvan şəhərində və Şəki rayonunda yerləşir. Hərracda özəlləşdirilən dövlət əmlakının siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin saytından tanış olmaq olar.