Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Ankaradakı Heydər Əliyev parkını ziyarət edib. 

Unikal.org xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti məlumat yayıb.

Baş nazir ümummilli liderin abidəsi önünə əklil qoyub.