“Azərbaycan hərbçilərinə qarşı erməni silahlı birləşmələri tərəfindən törədilən cinayətlərlə əlaqədar başlanan cinayət işləri üzrə Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən müvafiq istintaq hərəkətləri həyata keçirilir”.
Unikal.org xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev “Milli Məclis” jurnalına müsahibəsində deyib.
Onun sözlərinə görə, Ermənistanın beynəlxalq müstəvidə məsuliyyətə cəlb edilməsini təmin etmək üçün digər hüquq mühafizə orqanları, Xarici İşlər Nazirliyi, o cümlədən aidiyyəti qurumlarla birlikdə müvafiq tədbirlər görülür: “Ermənistan dövlətinin, onun vəzifəli şəxslərinin beynəlxalq məhkəmələrdə məsuliyyətə cəlb edilməsi üçün kifayət qədər tutarlı və mötəbər sübutlarımız mövcuddur və hesab edirəm ki, bu məsələdə uğurlu nəticələr əldə edəcəyik”.