“Azad olunmuş ərazilərə Böyük Qayıdış Milli Prioritetinin reallaşdırılmasında Türkiyə ilə əməkdaşlıq önəmlidir”.
Unikal.org xəbər verir ki, bunu Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov “Facebook”dakı hesabında qeyd edib.
Onun sözlərinə görə, artıq qardaş ölkənin şirkətləri bu ərazilərdə infrastrukturun yaradılması prosesində iştirak edirlər.
Xatırladaq ki, dünən Ankarada Azərbaycan-Türkiyə biznes forumu keçirilib. Forum çərçivəsində tərəflər 11 sənəd imzalayıblar.