Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 82 nəfər vəfat edib.
Unikal.org xəbər verir ki, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib ki, son 24 saatda simptomları da müəyyən edilməyən xəstələrlə birlikdə daha 7 419 nəfər COVID-19 infeksiyasına yoluxub.
Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 7 498, ağır xəstələr isə 1185 nəfər olub.