Məktəbəqədər təhsil müəssisələrində (uşaq bağçaları) uşaq qəbulu müvəqqəti dayandırılıb.

Unikal.org xəbər verir ki, bağça rəhbərləri və müəllimlərin vaksinasiyası başa çatana qədər məktəbəqədər təhsil müəssisələrində yeni uşaqlar qəbul edilməyəcək. Daha sonra epidemioloji vəziyyətdən asılı olaraq məsələyə baxılacaq.

Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsindən faktı  təsdiqləyiblər.

Qeyd edək ki, uşaq bağçaları fevralın 15-dən fəaliyyətini bərpa edib.