Dünyada koronavirusa qarşı vaksinasiya prosesindən keçmiş insanların sayı 200 milyonu ötüb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, vaksin olunanların böyük əksəriyyəti inkişaf etmiş ölkələrin vətəndaşları olub.

Habelə Çin, Rusiya kimi vaksin istehsalçısı olan ölkələrdə də vaksinasiya prosesi sürətli şəkildə davam etdirilir. Dünya ölkələrinin mütləq əksəriyyəti vaksinasiyaya artıq başlayıb. Bir çox ölkələr isə artıq vaksinləmə ilə bağlı ilk mərhələni tamamlayaraq prosesin ikinci mərhələsini aparırlar.