“İtaliyanın Konqo Demokratik Respublikasındakı səfiri Luca Attanasio və karabiner bir əsgərin BMT konvoyuna edilən qorxunc hücum nəticəsində öldürülməsindən dərindən kədərləndim”.
Unikal.org xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov tvitterdə yazıb.
“Həlak olanların ailələrinə və dost İtaliya xalqına başsağlığı veririk”, - nazir vurğulayıb.