İtaliya A Seriyasında çıxış edən "Kalyari"yə yeni baş məşqçi təyin olunub.
Unikal.org klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanın sükanı arxasına Leonardo Smpliçi gətirilib.
54 yaşlı mütəxəssislə 2022-ci ilin yayınadək müqavilə imzalanıb. İtaliyalı baş məşqçi bu vəzifədə fevralın 22-də istefaya göndərilmiş Eusebio di Françeskonu əvəzləyib.
Qeyd edək ki, "Kalyari" 23 turdan sonra 15 xalla 18-ci pillədə qərarlaşıb.