“Vətən müharibəsində iştirak edən qazilərimiz bilməlidir ki, dövlət onların qayğısına qalır".
Unikal.org xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Nigar Arpadarai deyib.
Deputat bildirib ki, qazilər üçün lazım olan sənədlərin alınması mexanizmini asanlaşdırmaq lazımdır: “Həmin o yaralılar, qazilər sənəd almaq üçün dəfələrlə gedib-gəlməli deyillər. ASAN Xidmət kimi bir mexanizm qurula bilər. Bizim kifayət qədər könüllülərimiz var. Bu sənədləri könüllülər vasitəsilə də qazilərin evlərinə göndərmək olar”.