Xocalı aeroportu ətrafında gərginlik artır
11:37 22-01-2013
CƏMİYYƏT
Xocalı aeroportu ətrafında gərginlik artır
Ermənistan Azərbaycanın işğal etdiyi ərazisində yerləşən Xocalı aeroportundan uçuşları reallaşdırmağa hazırlaşır. Azərbaycanın Nazirlər Kabineti isə ölkənin hava məkanını pozan bütün təyyarələrin vurulması haqda qaydaları ötən gün təsdiqləyib. Bunun ardınca, rəsmi İrəvan təyyarələrin vurulmasına imkan verməyəcəyini bəyan edib.
Ermənistanın Xocalı hava limanına və əks istiqamətində uçuşları həyata keçirmək üçün bütün lazımi imkanları var. Bu barədə açıqlamanı Ermənistanın müdafiə naziri Seyran Ohanyan Azərbaycanın Nazirlər Kabinetinin hava məkanını pozan təyyarələr vurulacaq barədə qaydaları təstiq etdiyindən sonra verib.
Ermənistan təyyarələrin müdafiəsi üçün Rusiya tərəfindən verilən S-300 zenit-raket kompleksləri ilə təmin etmək istəyir. Azərbaycanda da bu zenit raket kompleksləri mövcuddur və 2 il əvvəl hərbi paradda nümayiş etdirilib. Rusiya istehsalı olan bu kompleks 5 dəqiqə ərzində hazırlığa gətirilir. Yüzlərlə hədəfi izləmək və 12-dək hədəfi vurmaq qabiliyyətində olan bu sistem 30 km hündürlükdə uçan hədəfi vurmağa qadirdir. Onun maksimal uçuş məsafəsi 200 km-dir. Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsindən çox olduğundan hərbi hava qüvvələrini gücləndirib.
İstefada olan pilot, polkovnik-leytenant Xanlar Səttarov Azərbaycan Hərbi Hava Qüvvələrinin hər tipli təyyarənin endirilməsi üçün bütün imkanlarının olduğunu deyir.
Ermənistan Rusiyanın strateji müttəfiqidir. Bəs Rusiya hərbi hava qüvvələri hazırlıq vəziyyətinə gətirildiyi halda vəziyyət necə olacaq? Ermənistan Rusiyanın təşəbbüsü ilə yaradılan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür. Azərbaycan KTMT-nin üzvü deyil, eyni zamanda, bu təşkilatın opponenti olan NATO-ya da üzv deyil.
Bununla belə, Azərbaycanın ən yaxın müttəfiqi olan Türkiyə NATO-nun üzvüdür. Naxçıvan Muxtar Respublikasının müdafiəsi hələ 1921-ci ildə imzalanan Moskva və Kars müqavilələri əsasında tənzimlənir və Türkiyə Naxçıvanın müxtariyyətinin qarantı kimi çıxış edir. Hələ 2001-ci ildə İran həm hava, həm də su sərhədini pozmuşdu. Hətta İran qırıcı və kəşfiyyat təyyarələri, hətta Salyana kimi uçuş etmişdi. Ölkənin o vaxtki rəhbərliyinin təkidi ilə Bakı səmasında Türkiyə şahinləri nümunəvi uçuş aparmışdı.
Türkiyə parlamentariləri isə Azərbaycana qarşı yarana biləcək hər hansı bir təhlükə olduqda Azərbaycana kömək edəcəyini deyirlər. Millət vəkilləri Xocalı soyqırımının ildönümü ərəfəsində bu məsələni Türkiyə parlamentində muzakirəyə çıxaracaqlarını bildirdilər.
Türkiyə Böyük Millət Məclisinin üzvü Sinan Oğan deyir ki, Türkiyə üçün fərqi yoxdur, kim ona hücum edir-etsin, hər zaman Azərbaycanın yanında olacaq. Onun sözlərinə görə, istər Ermənistan, istər başqası: "Türkiyənin Azərbaycana yardım etməsi üçün heç bir müqavilə imzalamağa ehtiyac yoxdur".
Xatırladaq ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə məşğul olan ATƏT-in Minsk Qrupu ölkələri Xocalı hava limanından həyata keçiriləcək uçuşların danışıqlar prosesinə mənfi təsir edəcəyini demişdilər.
Müstəqil hüquqşünas Fuad Ağayevin "Unikal"a bildirdiyinə görə, "Ermənistan tərəfinin istifadəyə verməkdə iddialı və israrlı olduğu Xocalı aeroportu beynəlxalq hüquq normaları baxımından Azərbaycan Respublikasının mülkiyyəti hesab edilir və Azərbaycan bu normalara müvafiq olaraq imkanları daxilində öz mülkiyyətini qorumağa borcludur. Lakin məlum olduğu kimi, sözügedən aeroport hazırda işğal zonasında yerləşir. Situasiyanın gərginliyi də buradan irəli gəlir. Bu gərginliyin real münaqişəyə keçməsinin qarşısını ala biləcək tərəf isə yalnız beynəlxalq strukturlardır".
Hüquqşünasın dediyinə görə, ""Beynəlxalq təşkilatlar da vəziyyətin gərginləşməyə doğru getdiyini anlamamış deyillər. Hər bir halda, Azərbaycan tərəfi yalnız bu qurumların təsir imkanlarından istifadə edib real hərbi qarşıdurmaya getməməlidir".
Nadir
Digər Xəbərlər
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22
2024-11-23 14:14:36
2024-11-23 12:58:51
2024-11-23 12:44:50