Oqtay Əsədov Dağlıq Qarabağ münaqişəsindən danışdı
11:38 22-01-2013
CƏMİYYƏT
Oqtay Əsədov Dağlıq Qarabağ münaqişəsindən danışdı
"Dağlıq Qarabağ münaqişəsi bütöv bir regionun tərəqqisinə ciddi maneə törədir"
Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Uruqvay prezidentinin xüsusi elçisi, Prezident Administrasiyasının dövlət katibi Diyeqo Kanepanı qəbul edib. Milli Məclisdən verilən məlumata görə, O. Əsədov bildirib ki, qonağın bu səfəri ölkələrarası münasibətlərin möhkəmlənməsinə öz töhfəsini verəcək.
Diplomatik münasibətlərin bu ay 18-ci ilinin tamam olduğunu söyləyən sədr deyib ki, bu gün Azərbaycan Prezidenti və dövləti müstəqil siyasət yürüdür: "Azərbaycanın təşəbbüsü və fəal iştirakı ilə həyata keçirilən qlobal layihələr dünya iqtisadiyyatı üçün çox önəmlidir. Lakin Dağlıq Qarabağ münaqişəsi bütöv bir regionun tərəqqisinə ciddi maneə törədir. Problemlə əlaqədar nüfuzlu beynəlxalq qurumların qərar və qətnamələrinə məhəl qoymayan Ermənistan işğalçılıq siyasəti yeritməkdə davam edir. Biz problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn prinsipləri əsasında həllinə tərəfdarıq. Ümid edirik ki, beynəlxalq birliyin dəstəyi ilə problem tezliklə öz ədalətli həllini tapacaq". O. Əsədov ümidvar olduğunu bildirib ki, uruqvaylı deputatlar bu məsələyə həssaslıqla yanaşacaqlar.
D. Kanepa Azərbaycana səfərindən və burada aparılan danışıqlardan məmnun qaldığını söyləyib. O bildirib ki, Azərbaycan Uruqvay üçün önəmli ölkədir: "Uruqvay Azərbaycanla həyatın bütün sahələrində əlaqələrin inkişafına böyük maraq göstərir. Azərbaycanın qlobal enerji layihələrinin reallaşmasındakı rolu bu ölkənin dünya miqyasında günbəgün artan nüfuzundan xəbər verir".
Qonaq Dağlıq Qarabağ münaqişəsinin həllində Uruqvay prezidentinin və hökumətinin mövqeyini diqqətə çatdıraraq söyləyib ki, Uruqvay məsələnin beynəlxalq hüquq normaları çərçivəsində sülh yolu ilə həllinə tərəfdardır və bu mövqe dəyişməzdir: "Biz gələcəkdə Azərbaycanla əlaqələrimizi daha da dərinləşdirmək niyyətindəyik".
Digər Xəbərlər
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22
2024-11-23 14:14:36
2024-11-23 12:58:51
2024-11-23 12:44:50