Ermənistan əhalisi Azərbaycanla sərhədyanı bölgələrdən kütləvi köçə başlayıb.
Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, bununla bağlı statistik göstəricilər yayılıb. Statistik məlumat Ermənistanın Azərbaycanla həmsərhəd yerləşən inzibati-ərazi bölgüsü vahidləri olan mərzlər üzrə rəqəmləri əks etdirir.
Belə ki, Sünik mərzini (Zəngəzur) 1 300 nəfər, Tavuş mərzini (Göyçənin şimalı) 800 nəfər, Qeqarkunik mərzini (Göyçə) 300 nəfər, Vayots Dzor mərzini (Dərələyəz) isə 200 nəfər tərk edib.