ATƏT-in hazırkı sədri, İsveçin xarici işlər naziri Ann Linde yaxın vaxtlarda Azərbaycana və Ermənistana səfər etmək niyyətindədir.

Unikal.org xəbər verir ki, bu barədə o, ATƏT Parlament Assambleyasının qış sessiyasında deyib.

Ann Linde bildirib ki, səfər zamanı ikinci Qarabağ müharibəsindən sonra regiondakı vəziyyətlə tanış olmağı planlaşdırır.