Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə ukraynalı jurnalist Dmitri Qordonun sualını cavablandırıb.
"Unikal" xəbər verir ki, dövlətimizin başçısı Ukrayna vətəndaşlarına məsləhət verərək deyib: "Heç vaxt işğalla barışmayın".
Qeyd edək ki, jurnalist Azərbaycan Prezidentindən müharibə şəraitində Ukrayna xalqına nə məsləhət verə biləcəyini soruşub.
"Bu, bizim də etdiyimiz addım olub. Danışıqlar prosesi dövründə - mən 2003-cü ilin sonundan bu prosesin içində olmuşam - 17 il ərzində çoxsaylı təkliflər və görüşlər baş tutub. Bizə reallıqlarla barışmalı olduğumuz barədə saysız-hesabsız mesajlar verilib", - deyə Prezident əlavə edib.