Bu gün Yeni Azərbaycan Partiyasına (YAP) VII qurultayında Azərbaycanda fəaliyyət göstərən 6 siyasi partiyanın YAP-a qoşulması ilə bağlı qərar qəbul edilib.
Unikal.org xəbər verir ki, bununla da dövlət qeydiyyatına alınmış siyasi partiyaların sayı 62-dən 56-ya düşüb.
YAP-a qoşulan partiyalar aşağıdakılardır:
1. Azərbaycan Xalq Demokratik Partiyası (1992-ci ildə qeydiyyata alınıb, sədri Rafiq Turabxandır)
2. Azərbaycan Kəndli Partiyası (1992-ci ildə qeydiyyata alınıb)
3. Milli Qurtuluş Partiyası (1993-cü ildə qeydiyyata alınıb, sədri Vüqar Orucdur)
4. Azərbaycan Yurddaş Partiyası (1993-cü ildə qeydiyyata alınıb, sədr Gülarə Səfərova)
5. Azərbaycan Milli Hərəkat Partiyası (1994-cü ildə qeydiyyata alınıb, sədri Samir Səfərovdur)
6. Azərbaycan Demokratik Sahibkarlar Partiyası (1994-cü ildə qeydiyyata alınıb, sədri Qasım Qasımovdur).(report)