“Mançester Siti”nin qələbə seriyası qırılıb.
Unikal.org ümumilikdə 21, İngiltərə Premyer Liqasında 15 qələbəni sıralayan Pep Qvardiolanın yetirmələri XXVII turda büdrəyib.
Çempionatın lideri ən yaxın izləyicisi “Mançester Yunayted”lə görüşdə 0:2 hesabı ilə uduzub. “Etihad” stadionundakı Mançester derbisində hesabı Brunu Fernandes açıb. O, 2-ci dəqiqədə penaltidən yararlanıb.
Qeyd edək ki, “Mançester Siti” 28 oyundan sonra 65 xalla turnir cədvəlinin lideridir. “Mançester Yunayted” həmşəhərlilərindən 11 xal geri qalır.