Milli Məclisin bu gün keçirilən plenar iclasında Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi müzakirəyə çıxarılıb.

Unikal.org xəbər verir ki, məruzəni ədliyyə nazirinin müavini Vilayət Zahirov təqdim edib.

Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.