İsa Qəmbər yoxsa Əli Kərimli
14:52 24-01-2013
CƏMİYYƏT
İsa Qəmbər yoxsa Əli Kərimli
Reytinq savaşı başladı
Artıq AXCP ilə Müsavatın seçkilərdə üz-üzə gəlməsi qaçılmazdır və indidən bunun konturları görünür. Düzdür hələlik AXCP prezident seçkilərində iştirak etməklə bağlı qərar çıxartmayıb və rəsmən iddialı tərəf kimi İsa Qəmbər çıxış edir. Buna baxmayaraq AXCP-də bütün təbliğatını prezident seçkiləri istiqamətində qurub və söhbət Əli Kərimlinin piar kompaniyasını təşkil etməkdən gedir.
Çox maraqlıdır ki, Müsavat partiyası bu iddiasını reallıqda ortaya qoyursa, AXCP daha çox sosial şəbəkələrin gücündən istifadə etməklə özünə auditoriya toplayır. Nəticədə yavaş-yavaş AXCP ilə Müsavat üzvləri arasındakı gərginlik artır. Öncələr hər iki partiya üzvləri və funksionerləri birlikdə fəaliyyət göstərib, hakimiyyəti hədəf olaraq göstərirdilərsə, indi bunun tam əksini görürük. Reallıqda olduğu kimi virtual aləmdə də bu gərginlik son həddə çatıb. Bu günlərdə AXCP-yə yaxın dairələrin bir neçə dəfə sorğular keçirib Əli Kərimlini birinciliyə qaldırmalarıda bunun əyani misaldır. Belə sorğulardan sonuncusu isə daha maraqlı olub. Gəlin öncəliklə AXCP sədrinin müavini Fuad Qəhrəmanlının sosial şəbəkələrin birində partiya sədrləri arasında keçirilən rəy sorğusuna olan münasibətinə baxaq:-" "Bu rəy sorğusu liderlərin nüfuzunu, onların ictimai reytinqini göstərir. Bütün demokratik ölkələrdə seçkiöncəsi bu cür rəy sorğuları keçirilir. Seçkilərin demokratik keçirildiyi ölkələrdə səsvermənin nəticələri, belə rəy sorğuları ilə uzlaşır. Həmin rəy sorğusunda isə 16 mindən artıq respondent iştirak edib. Əli Kərimlinin aldığı səs 6600-ü artıq keçib, o özünə ən yaxın olan müxalifət namizədindən 5 dəfə artıq səs toplayıb. ".
F. Qəhrəmanlı qeyd edib ki, bu cür rəy sorğularının nəticələrinə - cəmiyyətin rəyinə hörmətlə yanaşmaq lazımdır: "Sorğuda ən çox inam qazanan liderin üzərində dayanmaq lazımdır. Bu baxımdan da Əli Kərimlinin lider olması, təkcə AXCP-nin deyil, demokratik düşərgənin şansıdır".
Partiya funksioneri Ə. Kərimli namizədliyini irəli sürməyəcəyinə dair fikir səsləndirmədiyini də qeyd edib: "Sadəcə bizim ümumi mövqeyimiz müxalifətin daha geniş formatda koalisiyasının yaradılmasıdır. Hər hansı partiyanın və İctimai Palatanın da bunun üçün resursları yetərli deyil. Daha geniş birliyə ehtiyac var. Bu məsələlər istiqamətində ciddi addımlar atıldıqdan sonra seçki mühiti dəyərləndirilərək, müvafiq qərar qəbul olunacaq. Biz indiki halda müxalifətdə iddia nümayişinin tərəfdarı deyilik. İstəyimiz daha çox mübarizə və birlik yaradılmasıdır. Sadəcə zamanı gələndə qərar veriləcək".
Gördüyünüz kimi ortalıqda maraqlı bir nəticə var və bu nəticəyə görə deyəsən İsa Qəmbər nəinki vahid namizəd ola bilməz, hətta adi namizəd kimi də meydana çıxmağa gücü yoxdur. Bəs reallıq nəyi deyir, bu gün İsa Qəmbər yoxsa Əli Kərimli güclüdür? Müşahidəçilərində dediyi kimi gün adətən liderlərin xarizmatik keyfiyyətləri və sosial bazaları ilə bağlı məsələdir. Bu baxımdan iki lider arasında seçim ediriksə bu keyfiyyətlərə baxmaq vacibdir. Beləliklə ənənəvi müxalif düşərgədə İsa Qəmbər daha xarizmatik lider kimi qəbul olunur və o Elçibəyçilər tərəfindən daha yüksək qiymətləndirilir. Yəni İsa Qəmbər klassik müxalifətçilər üçün daha parlaq simadır. Əli Kərimli isə bu məsələdə İsa Qəmbərə güzəştə gedəcək səviyyədədir. İkinci məsələ, bu gün Müsavat partiyasının yerli rayon təşkilatları daha hazırlıqlı vəziyyətdədirlər və təşkilatlanma indi də yüksək səviyyədə aparılır. AXCP isə demək olar ki, 2005-ci ildən əksər rayon təşkilatlarını itirmək zorunda qaldı və bu gün AXCP-in gücü yalnız Bakıda hiss olunur. Görünən budur ki, sosial baza məsələsində də Müsavat AXCP-ni üstələyir. Məhz bu arqumentləri nəzərə alan müsavatçılar keçirilən sorğuları qeyri-ciddi hesab edirlər. Burda bir reallıqda var ki, həqiqətən də sosial şəbəkələrdə kimlərinsə birinciliyini təmin etmək üçün sadəcə olaraq saxta səhifələr açıb bununla da istənilən şəxsin liderliyini təmin etmək olar. Yəni bu sorğular heç də reallığı əks etdirmir. Başqa bir arqument də budur ki, hazırda ziyalı kəsimi, orta yaş həddindən yuxarı həddə olan insanlar üçün də İsa Qəmbər daha arzulanan simadır.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-28 22:07:02
2024-12-28 21:32:07
2024-12-28 21:04:54
2024-12-28 20:24:55
2024-12-28 19:26:22
2024-12-28 18:33:26
2024-12-28 18:32:46
2024-12-28 18:25:42
2024-12-28 18:17:08
2024-12-28 18:07:14
2024-12-28 17:55:16
2024-12-28 17:48:07
2024-12-28 17:47:11
2024-12-28 17:42:00
2024-12-28 17:15:00
2024-12-28 16:37:00
2024-12-28 16:27:21
2024-12-28 16:24:19
2024-12-28 16:18:00