“Azərbaycanın Qarabağda 30 illik işğala son qoymasını Türk dünyası yaxından izləyirdi”.
Unikal.org xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Qırğızıstan-Türkiyə Manas Universitetində çıxışı zamanı deyib.
“Azərbaycanı bu mübarizəsində ancaq qardaşlıq bağlarımızdan dolayı yox, haqlı olduğu üçün dəstəklədik. Yəni hüquqi cəhətdən də Azərbaycan haqlı olduğu üçün dəstəyimizi verdik”, - deyə Türkiyə XİN başçısı vurğulayıb.