Qarabağ müharibəsində işğalçı erməniləri dəstəkləyən PKK terrorçularının cansız cəsədləri üzə çıxıb. 

Unikal.org haberler.com-a istinadən xəbər verir ki, PKK terrorçularının cansız bədənləri İrəvandakı meyitxanalarda  saxlanılır.  Bu barədə Ermənistan Səhiyyə Nazirliyi 248 meyitin ölkədəki meyitxanalarda saxlanıldığını rəsmən təsdiqləyib.

Ermənistan mediası bu ölülərin xaricdən gələn silahlılara aid olduğunu yazıb. Həmçinin, aylardır morqda saxlanılan cəsədlərin ciddi problemlər yaşadacaqlarını da bildiriblər.