"Finex Kredit" ASC barəsində inzibati qaydada protokol tərtib edilib.

Unikal.org-un məlumatına görə, protokolla bağlı qərar verilməsi üçün Nəsimi rayon məhkəməsinə müraciət edilib. İş hakim Elməddin Hüseynovun icraatındadır. Baxış iclası 19 mart saat 15:10-a təyin edilib.

"Finex Kredit" İnzibati Xətalar məcəlləsinin 389-cu (Statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə) maddəsi ilə təqsirli bilinir.

Bu xətanın törədilməsinə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə tətbiq edilir.

Murad İbrahimli