Türkiyədə İŞİD terror təşkilatının üzvlərinə qarşı xüsusi əməliyyat keçirilib.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, əməliyyat İstanbul şəhərində keçirilib. Şəhərin 10 ilçəsində 19 müxtəlif ünvana eyni vaxtda basqın edilib.

Nəticədə axtarışda olan 19 nəfərdən 15-i saxlanılıb. Onların hamısı İŞİD üzvləridir. Hazırda araşdırmalar davam etdirilir.