Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu Türkiyə və Misir münasibətlərindən danışıb.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, Çavuşoğlu bu barədə Qətərdən qayıdarkən jurnalistlərin suallarını cavablandırıb.

"Misirlə ön şərt olmadan diplomatik təmaslara başlayırıq. Heç bir tərəf ön şərt irəli sürməyib. Təmasları davam etdirəcəyik", - deyə Çavuşoğlu söyləyib.

Qeyd edək ki, Misirdə hərbi çevrilişdən sonra Türkiyə-Misir münasibətləri soyuqlaşmışdı. Hazırda normallaşma prosesinin ilkin addımları atılır.