Yunanıstanda 5,3 bal gücündə zəlzələ baş verib.

Unikal.org “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Afina Milli Observatoriyasının Geodinamika İnstitutu məlumat yayıb.

Zəlzələnin mərkəzi Fessaliya regionunda olub. Bir neçə gün əvvəl burada 6 bal gücündə iki dəfə zəlzələ qeydə alınmışdı.

Zərərçəkənlər və fəsadlar barədə hələ məlumat verilmir.