Gürcüstanda ötən sutkada daha 344 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib, 9 pasiyent vəfat edib.
Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 274 721-ə, ölənlərin sayı isə 3 643-ə çatıb.
Son 24 saat ərzində xəstəlikdən sağalanların sayı 240 nəfər artaraq 268 004 olub.