Qazaxıstan Prezidenti Qasım-Jomard Tokayev Almatı hava limanı yaxınlığında baş vermiş təyyarə qəzasının səbəbinin araşdırılması ilə bağlı göstəriş verib.

Unikal.org xəbər verir ki, bu barədə Tokayev “Twitter” hesabında yazıb.

“Mənim göstərişimlə aviafaciənin səbəblərinin aydınlaşdırılması üzrə iş başlayıb. Bu cür hadisələr təkrarlanmamalıdır”, - deyə dövlət başçısı qeyd edib.