Böyük Britaniyada son sutka ərzində 5534 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 4 253 820 nəfərə çatıb.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Son sutka ərzində 121 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 125 464 nəfərə çatıb.