Egey dənizində Türkiyə ərazisini qanunsuz yollarla tərk etmək istəyən 34 miqrant saxlanılıb.

Unikal.org xəbər verir ki, hadisə İzmir vilayətinin Karaburun rayonu yaxınlığında baş verib. Belə ki, Türkiyə ərazisini tərk etmək istəyən miqrantların olduğu qayıq güclü külək səbəbindən istiqamətini dəyişib.

Boğulma təhlükəsi ilə üzləşən miqrantların köməyinə Türkiyənin Sahil Mühafizə Xidmətinin əməkdaşları çatıblar. Miqrantlar xilas edilib, onlar ölkələrinə geri qaytarılmaları üçün aidiyyəti qurumlara təhvil veriliblər.