Rusiyada son bir gündə daha 9 437 nəfərə COVID-19 diaqnozu qoyulub.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 4 400 045 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 404 nəfər artaraq 92 494-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 4 003 576 nəfər sağalıb.