Belarus prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinlə ittifaq dövləti ilə bağlı müzakirələr aparıb.

Unikal.org Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.

Bildirilib ki, prezidentlər ittifaqda dövlət katibi vəzifəsini kimin tutması barədə qərara gəliblər. Tezliklə qərarın açıqlanacağı əlavə olunub.

Qeyd edək ki, Rusiya və Belarus arasında ittifaq dövlətinin qurulması xeyli vaxtdır gündəmdədir.