“Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız işğaldan azad edilib. Bu gün müstəqil Azərbaycan dövləti özünün şanlı dövrünü yaşayır”.
Unikal.org xəbər verir ki, bunu Milli Məclisin (MM) sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.
O vurğulayıb ki, 2020-ci ildə bütün dünya, o cümlədən Azərbaycan pandemiya ilə mübarizə aparıb:
“Ölkəmiz bu vəziyyətdən az itkilərlə çıxa bilib. Sahibkarlara vergi güzəştləri tətbiq edilib. Ölkəmizin valyuta ehtiyatları qorunub saxlanılıb, hətta artıb”.
“Ölkəmiz dünyanın 10 ən islahatçı ölkəsi siyahısına daxil edilib. Onu da qeyd edim ki, ötən il hökumətin hesabatı zamanı Milli Məclisdə qaldırılan məsələlər araşdırılıb, bir çoxları isə həllini tapıb” - MM sədri əlavə edib.