“Şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi daim ölkə başçısının xüsusi nəzarəti altındadır. Bu məqsədlə həmin şəxslərin sosial müdafiəsinin gücləndirilməsi məqədilə Prezident təqaüdünün məbləği artırılıb.
Unikal.org xəbər verir ki, bunu Baş nazir Əli Əsədov parlamentin bu gün keçirilən plenar iclasında deyib.
Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsində şəhid olan 2881 nəfərin 2695-nin ailələrinə 44 milyon manatdan çox sığorta ödənişləri verilib.