Bu gün Milli Məclisin iclasında Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatını təqdim edib.
Unikal.org xəbər verir ki, iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili çıxışı zamanı Sumqayıt şəhər sakinlərini narahat edən məsələ ilə bağlı Baş Nazirə müraciət edib: ” Təmsil olunduğum Sumqayıt şəhəri seçicilərinin şəhərdə istilik sisteminin bərpası və inkişafı ilə bağlı müraciətlərini sizin diqqətinizə çatdırır bu istiqamətə mümkün olan diqqəti ayırmağınızı Sizdən xahiş edirəm”.