Daha iki ölkə "AstraZeneca" vaksinlərindən istifadəni dayandırıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, İsveç və Qırğızıstan analoji qərar alıb.

Belə ki, İsveç bu vaksinlərdən istifadəni dayandırıb. Qırğızıstan isə "AstraZeneca" vaksinlərinin idxal müqaviləsini dondurub.

Qeyd edək ki, bir sıra Avropa ölkələri Siciliya adasında vaksinasiyadan keçən şəxslər arasında ölüm hallarından sonra "AstraZeneca" vaksinlərindən istifadəni müvəqqəti dayandırma qərarı veriblər.