"Bu gün azad edilmiş torpaqlara gələrkən Qaraxanbəyli kəndindən keçdik. Qaraxanbəyli kəndi müharibənin ilk günündə - sentyabrın 27-də azad edildi. Bax, biz məhz buradan, o istiqamətdən öz şərəfli missiyamızı icra etməyə başladıq və düşməni torpaqlarımızdan qovduq. İndi isə quruculuq işləri ilə məşğuluq. İndi isə həyatımızın yeni dövrü başlayır – quruculuq, inkişaf, torpaqlarımızın bərpası dövrü."
Unikal.org xəbər verir ki, bunu martın 15-də Füzuli və Xocavənd rayonlarında səfərdə olan Prezident İlham Əliyev Hünərli kəndindəki Alban məbədi ilə tanış olan zaman deyib.