Milli Məclisin iclasında vitse-spiker Fəzail İbrahimli keçmiş məmurları tənqid edib. 

Unikal.org xəbər verir ki, F.İbrahimli onların vəzifədə olduğu müddətdə Azərbaycana böyük problemlər gətirdiyini diqqətə çatdırıb. 

Vitse-spiker eks-məmurları oliqarx kimi xarakterizə edib. 

“Yadınıza gəlirsə, bir zamanlar hökumət üzvləri parlamentin sorğularına cavab vermirdi. Ya da şöbə müdiri səviyyəsində cavablar verirdi”, - deyə F.İbrahimli əlavə edib. 

Milli Məclis sədrinin müavini deyib ki, bu gün Azərbaycan təhsilinə və mədəniyyətinə ağır miras qalıb. 

“Təsəvvür edin ki, təhsildə hansı problemlər olub. Mədəniyyət sahəsinə gəlincə, televiziyalarda bir-iki dəfə oxuyanlar xalq artisti adı alıblar. Haqqı olanlar isə kənarda qalıblar”.