Futbol üzrə Portuqaliya millisinin Azərbaycan, Serbiya və Lüksemburqa qarşı keçirəcəkləri dünya çempionatının seçmə oyunları üçün heyəti açıqlanıb.
Unikal.org xəbər verir ki, baş məşqçi Fernandu Santuş 25 futbolçuya dəvət göndərib.
Heyətdə qapıçılar - Antoni Lopeş ("Lion", Fransa), Ruy Patrisiu ("Vulverhempton", İngiltərə), Ruy Silva ("Qranada"), müdafiəçilər - Juan Kanselu ("Mançester Siti", İngiltərə) Sedrik Suareş ("Arsenal", İngiltərə), Dominquş Duarte ("Qranada", İspaniya), Pepe ("Portu"), Joze Fonte ("Lill", Fransa), Ruben Diaş ("Mançester Siti", İngiltərə), Rafael Gerreyru ("Borussiya" Dortmund, Almaniya), Nunu Mendeş ("Sportinq"), yarımmüdafiəçilər - Danilu Pereyra (PSJ, Fransa), Juan Palinya ("Sportinq"), Ruben Neviş, Joau Moutinyo (hər ikisi "Vulverhempton", İngiltərə), Brunu Fernandeş ("Mançester Yunayted", İngiltərə), Renatu Sanşeş ("Lill", Fransa), Serjiu Oliveyra ("Portu"), hücumçular - Bernardu Silva ("Mançester Siti", İngiltərə), Pedru Netu ("Vulverhempton", İngiltərə), Dioqu Jota ("Liverpul", İngiltərə), Kriştiano Ronaldo ("Yuventus", İtaliya), Rafa Silva ("Benfika"), Juan Feliks ("Atletiko" Madrid, İspaniya) və Andre Silva ("Ayntraxt", Almaniya) yer alıblar.
Qeyd edək ki, martın 24-də İtaliyadakı “Yuventus” stadionunda keçiriləcək Portuqaliya-Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Martın 27-də Serbiya, üç gün sonra isə Lüksemburqa qarşı oyunlar isə səfərdə olacaq.