Xəbər verdiyimiz kimi, siyasi partiya sədrlərinin bu gün işğaldan azad olunmuş ərazilərə səfər etməsi nəzərdə tutulmuşdu.
Unikal.org xəbər verir ki, partiya sədrləri artıq Qarabağa yollanıblar. Bu barədə Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev sosial şəbəkə hesabında paylaşım edib.
Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev də partiya sədrləri ilə birgə səfərdə iştirak edir.