Baş nazir Əli Əsədov Türkiyə Cümhuriyyətinin Kənd Təsərrüfatı və Meşəçilik naziri Bekir Pakdemirlinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə Unikal.org-a Nazirlər Kabinetindən məlumat verilib.
Bildirilib ki, görüş zamanı Türkiyə ilə Azərbaycan arasında bitkiçilik, heyvandarlıq, aqrar sığorta sahəsində təcrübə mübadiləsi, aqrar sahədə təhsil, suyun idarə olunması, ətraf mühitin qorunması və inkişafı, yaşıl enerji və işğaldan azad olunmuş ərazilərin bərpası məsələləri müzakirə olunub.