Milli Məclisin deputatı, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev digər siyasi partiya sədrləri ilə birgə Ağdamda səfərdə olub.

Unikal.org xəbər verir ki, millət vəkili işğaldan azad olunmuş Ağdam ərazilərində gördükləri barədə sosial şəbəkə hesabında paylaşım edib.

"Ermənilər Ağdamın təmas xəttindən yollar boyu hündür torpaq vallar düzəldib və hər 30-40 metrdən bir bu şəkildə atəş nöqtələri hörüblər. Bu valdan ön tərəfləri isə tikanlı məftillərlə və mənalarla doldurublar. Bunların qansızlığına şahidlik etdim, bu o deməkdir ki, onlar torpaqlardan çəkilmək fikrində olmayıb. Hərbi komandanlıq doğru qərar qəbul edib və Ağdam cəbhəsindən hücum etməyib. Üç müdafiə xətti qurub və siçovul kimi hər yeri eşiblər", - deyə paylaşımda qeyd olunub.