“Biz eyni zamanda yeddi iqlimdəki üç qitəyə sülhü, əmin-amanlığı, nəcabəti və sabitliyi aparan əcdadlarımızdan aldığımız ilhamla başda Azərbaycan və Liviya olmaqla könül coğrafiyamızda dost, müttəfiq, qardaş millətlərlə tapdalanan bütün insani dəyərlər üçün də mübarizə aparırıq”.
Unikal.org xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar 18 Mart – Şəhidləri Anma Günü və Çanaqqala Dəniz Zəfərinin 106-cı ildönümünə həsr olunan tədbirdə söyləyib.
“Bu çərçivədə 500 illik qardaşlıq əlaqələrimiz olan Liviyada təlim, yardım və məşvərət fəaliyyətlərimizi davam etdiririk. Haqlı davalarında liviyalı qardaşlarımızla birgəyik. Məqsədimiz “Liviya liviyalılarından” anlayışı ilə ərazi bütövlüyünü və siyasi birliyini təmin etmiş, sülh və sabitlik içində yaşayan bir Liviyanın formalaşmasında töhfə verməkdir. Eyni şəkildə “iki dövlət, bir millət” anlayışı ilə kədərdə və sevincdə bir və birlikdə olduğumuz can qardaşımız olan Azərbaycanın dünən olduğu kimi bu gün də haqlı davalarında yanlarında olacağımızı, olduğumuzu bir daha bildirmək istəyirəm”, - nazir bildirib.